YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri cəbhə bölgəsində yeni tikilən hərbi hissələrdə inşaat işlərinin gedişini yoxlayıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tikinti və quruculuq işləri sürətlə davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cəbhəboyu zonada yerləşən bir neçə yeni iri hərbi hissədə görülən işlərin yekun mərhələsi ilə tanış olmaq və tikintinin keyfiyyətini yoxlamaq məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov inşa edilən obyektlərə baş çəkib.

Qısa müddətdə istifadəyə veriləcək yeni hərbi şəhərciklərdə 20 min nəfərdən çox şəxsi heyətin yerləşdirilməsi üçün tam şərait yaradılıb, o cümlədən 500-dən artıq ailəli və subay hərbi qulluqçular üçün xidməti mənzillər tikilib.

Azərbaycan Prezidentinin göstərişinə əsasən, cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişini yoxlayan müdafiə naziri hərbi obyektlərin plana uyğun, keyfiyyətlə tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

 

DİGƏR Xəbərlər Arxiv