YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Azərbaycanda hüquq və azadlıqların təminatı dövlətin ali vəzifəsidir

«Azərbaycanın ilk milli Konstitusiyasının qəbulu mühüm hadisədir. Ötən 20 il Əsas Qanun böyük potensiala malik olduğunu təsdiqləyib». Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov  deyib.

20 il ərzində Konstitusiyaya iki dəfə dəyişiklik edildiyini söyləyən Z.Əsgərov Azərbaycan Konstitusiyasının ölkəmizdə konstitusiya quruluşunun əsaslarını ilk dəfə təsbit edən əsas qanun olduğunu vurğulayıb. Onun sözlərinə görə, ən başlıcası odur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən normaları hər bir vətəndaşımız öz həyatında hiss edir.

Ötən iyirmi ildə ölkəmizdə yüksək hüquq mədəniyyətinin formaşlaşdığını qeyd edən Ziyafət Əsgərov Azərbaycan vətəndaşlarının Konstitusiyanın onların hüquqlarının müdafiəçisi qismində necə çıxış etməsini bilmələri baxımından fərdi şikayətlərə baxılmasının əhəmiyyətini xüsusi vurğulayıb.

«Azərbaycanda hüquq və azadlıqların təminatı dövlətin ali vəzifəsidir. Məhz bu baxımdan deyə bilərik ki, Azərbaycan Respublikasının Əsas Qanunu dünyanın ən demokratik konstitusiyalarından biridir»- deyə, Z.Əsgərov vurğulayıb.