YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Brok: Avropa Parlamentində Azərbaycanla bağlı qətnamənin qəbulu zamanı prosedur qaydaları pozuntusuna yol verilib

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok bu qurumda Azərbaycanla bağlı qətnamə qəbul edilən zaman prosedur qaydaları pozuntusuna yol verildiyini deyib. O bildirib ki, bu məsələ komitələr çərçivəsində müzakirə olunmalı, daha sonra səsverməyə çıxarılmalı idi.

Elmar Brokun bu fikirləri Avropa ölkələrində geniş oxucu auditoriyasına malik “EurActiv” xəbər portalında yayılan məqalədə əksini tapıb. Komitə sədri bildirib ki, Avropa Parlamentində qəbul edilmiş qətnamə rəsmi Bakının Avropa ilə bağlı iri enerji layihələrinin həyata keçirilməsində marağını azalda bilər. Məqalədə E.Brokun Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi “əks təqdirdə Azərbaycanı itirə bilərsiniz” fikri oxucuların diqqətinə çatdırılır.

Müəllif, həmçinin Azərbaycanın Avropa İttifaqının qaz təchizatının şaxələndirilməsində mühüm rol oynadığını vurğulayır, “Cənub” qaz dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsinin əhəmiyyəti barədə məlumat verir.

 

DİGƏR Xəbərlər Arxiv