YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rosen Plevneliyev: TAP-ın istifadəyə verilməsi ilə Bolqarıstanla Albaniya arasındakı əməkdaşlıq daha da genişlənəcək

Bolqarıstan Albaniya ilə təbii qaz sahəsində əməkdaşlıqda maraqlıdır. 2018-ci ildə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin istifadəyə verilməsi ilə Bolqarıstan-Albaniya əməkdaşlığı daha da genişlənəcək.

Bu sözləri Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev albaniyalı həmkarı Buyar Nişani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşınacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizinin bir hissəsi olan TAP boru kəmərinin uzunluğu təxminən 870 kilometrdir. Bu boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır.

TAP-ın bu layihədəki səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).