YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Azərbaycan icması Birləşmiş Ştatlar hökuməti rəhbərliyini Ermənistanın beynəlxalq hüququn tələblərinə əməl etməsini təmin etməyə çağırır

Florida ştatında çıxan “The Gainsville Sun” qəzetində ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü Dürdanə Balakişiyevanın “Ermənistanın təcavüzü” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında Ermənistanın ağır silahlardan istifadə etməsindən danışılır. Bildirilir ki, Azərbaycana “bərpaolunmaz zərər vurmağı” barədə Ermənistana dəfələrlə xəbərdarlıq olunub və bu təcavüzkar ölkənin götürdüyü 200 milyon dollar kredit məbləğində ballistik raketlər almaq niyyəti bəyan edilib.

Müəllif yazır: “Paradoksal hal deyilmi ki, Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin Baş Məclisindəki çıxışı zamanı utanmadan və vicdansızlıqla Azərbaycanı “təcavüzkar” adlandırıb. Halbuki BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistanın işğalçı ordusunun qeyd-şərtsiz çıxmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edən qətnamə qəbul edib”.

D.Balakişiyeva sonda vurğulayır ki, Amerika ictimaiyyəti öz hökumətini Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığında beynəlxalq hüququn tələblərinə əməl olunmasını təmin etməyə çağırmalıdır.