Xəbərlər
Deputatlığa namizəd Tahir Rzayevin Ağcabədidə seçicilərlə növbəti görüşü keçirilib
Yeni Azərbaycan Partiyası tərəfindən 82 saylı Ağcabədi seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Rzayev Tahir Musa oğlunun rayonun Şahsevən və Köyük kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Deputatlığa namizəd Tahir Rzayev həmişə öz seçicilərinin arasında olduğunu, onların qaldırdığı hər bir məsələyə həssaslıqla yanaşdığını, hətta şəxsi müraciətlərin həlli üçün əlindən gələni əsirgəmədiyini bildirib.
Görüşlərdə çıxış edən seçicilər noyabrın 1-də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.