YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Cəbrayıl rayonundan namizədinin seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Astan Şahverdiyevin Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəbrayıl rayonundan olan seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qarşıdan gələn Milli Məclisə seçkilərlə bağlı məlumat verib.

Çıxış edən Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədi Astan Şahverdiyev bildirib ki, partiyamız seçkilərə «Yeni hədəflərə doğru» şüarı ilə qatılır. Patiyanın irəli sürdüyü namizədlər isə cəmiyyət tərəfindən tanınan, qiymətləndirilən nüfuzlu insanlardır.

Görüşdə çıxış edən seçiclər də noyabrın 1-də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.