YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən səyyar formada protez-ortopedik bərpa xidməti oktyabrın 27-29-da Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında davam etdiriləcək.

Xidmət göstəriləcək vətəndaşların əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, həmin rayonlarda yaşayan və protez-ortopedik bərpa xidmətinə ehtiyac duyan digər şəxslər də göstərilən vaxtlarda və ünvanlarda tibbi-texniki briqadaya müraciət edərək müvafiq xidmətlərlə təmin oluna bilərlər.