YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Nizami Cəfərov seçicilərlə görüşlər keçirib

Yeni Azərbaycan Partiyasının 108 saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizədi  Cəfərov Nizami Qulu oğlunun Ağstafa rayonunun Saloğlu və Qarayazı qəsəbələrində, eləcə də,  Köhnəqışlaq, Tatlı, Göycəli, Köçvəlili, Muğanlı, Sadıqlı və Böyük-Kəsik kəndlərində seçicilərlə görüşləri keçirilib. Görüşləri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının Seçki Qərargahının sədri Ramiz Tatarov Milli Məclisin deputatlığına namizəd Nizami Cəfərov haqqında seçicilərə geniş məlumat verərək ölkəmizdə keçirilən bütün seçkilərdə ağstafalıların yüksək əhval-ruhiyyə ilə iştirak etdiklərini qeyd edib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nizami Cəfərov seçicilərin Milli Məclis seçkilərinə maraqla yanaşdıqları üçün onlara öz minnətdarlığını bildirib.

N.Cəfərov 1 noyabrda keçiriləcək seçkilərdə seçiciləri fəal olmağa çağırıb.

Görüşlərdə çıxış edən seçicilər seçki günü YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.