YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransında iştirak edəcək

Oktyabrın 28-30-da İndoneziya Respublikasının Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransı keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Konfransda Təşkilata üzv ölkələrdə əmək bazarının inkişafı, işsizliyin və yoxsulluğun azaldılması, əməyin mühafizəsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, gənclərin və qadınların  məşğulluğunun dəstəklənməsi, inkluziv əmək bazarının yaradılması, qarşılıqlı təcrübə mübadilələrinin aparılması və s. məsələlər müzakirə olunacaq. Habelə tədbir iştirakçıları İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.  Təşkilatın Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin təsis sənədləri üzrə müzakirələrin aparılması da konfransın gündəliyindədir.

İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilən ikinci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Təşkilatın Bakıda Əmək Mərkəzinin yaradılması təşəbbüsü irəli sürülüb. Dövlətimizin başçısı belə bir qurumun yaradılmasının Təşkilata üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində önəmini vurğulayıb. Təşəbbüs konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib və bununla bağlı müvafiq işlərə başlanılıb.

 

 

DİGƏR Xəbərlər Arxiv