YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Muradov: Naxçıvan Muxtar Respublikasında seçkilər yüksək seçici fəallığı şəraitində keçir

Muxtar respublikada seçicilər yüksək fəallıq nümayiş etdirirlər. Belə ehtimal edirəm ki, Azərbaycan üzrə ən fəal seçicilər məhz naxçıvanlılardır. Seçicilərin fəallığı onların siyasi proseslərdən məlumatlı olduğunu, seçkiqabağı təbliğat və təşviqat işlərinin də yüksək səviyyədə aparıldığını göstərir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində MDB-dən olan müşahidəçilər missiyasının nümayəndəsi Vladimir Muradov deyib.

Muxtar respublikanın yüksək seçki təcrübəsinə malik olduğunu vurğulayan Vladimir Muradov qeyd edib ki, Naxçıvanda bütün məntəqələrdə hər kəs məntəqəyə daxil olduğu andan öz iradəsinə uyğun hərəkət edir, seçdikləri namizədlərə səslərini verirlər: “Mən məntəqə seçki komissiyasının üzvlərinin vətəndaşlara necə hörmətlə yanaşdığının, lazım gələndə qanunvericilik çərçivəsində onlara hər cür kömək etdiklərinin şahidi oldum. Bu, çox müsbət haldır”.

V.Muradov bildirib ki, muxtar resublikanın bir neçə şəhər və rayonunda seçki məntəqələrində müşahidələr aparıb, seçki komissiyalarının fəaliyyəti ilə yaxından tanış olub. O deyib: “Görünən odur ki, muxtar respublikada parlament seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilib. Hər şey müvafiq qanunların tələblərinə uyğun aparılır. Müşahidə apardığım müddət ərzində heç bir qanun pozuntusu ilə rastlaşmadım. Biz səhər saatlarında, seçki başlamamışdan əvvəl seçki qutularının möhürlənməsini və məntəqələrin seçkilərə açılmasını müşahidə etdik. Proses başlandığı andan gördük ki, dairə və məntəqə seçki komissiyalarının bütün üzvləri Azərbaycan Seçki Məcəlləsinin müddəalarını, tələblərini lazımınca yerinə yetirmək üçün səylərini əsirgəmirlər”.

 

DİGƏR Xəbərlər Arxiv