YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyalı deputat: Milli Məclisə seçkilər zamanı yüksək təşkilatçılığın şahidi olduq

Azərbaycanda Milli Məclisə seçkilər nizamlı şəkildə və yüksək təşkilatçılıqla keçilirdi. Seçki məntəqələrində müşahidələr apararkən biz hər hansı etiraza və ya intizam pozuntusuna rast gəlmədik. Nəticə olaraq onu bildirmək istəyirəm ki, Azərbaycandakı seçkilər Avropa standartlarına uyğun keçdi.

Bu sözləri noyabrın 2-də “Seçkilər” Media Mərkəzində keçirdiyi mətbuat konfransında İtaliya Senatının nümayəndəsi Sergio Divina bildirib. O deyib: “Biz bir çox ölkələrdə seçkilərdə müşahidələr aparmışıq. Əminliklə deyə bilərəm ki, o ölkələrdə Azərbaycanda olduğu kimi demokratik prinsiplərə riayət edildiyinin şahidi olmamışam”.

Bəzən Azərbaycan haqda həqiqətə uyğun olmayan fikirlər səsləndirildiyini vurğulayan Senatın üzvü deyib: “Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır. Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Burada müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Dünyanın Azərbaycana ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda, enerji resurslarına malikdir”.

Sergio Divina vurğulayıb ki, beynəlxalq ictimaiyyət xüsusilə Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi ilə bağlı narahatlıq hissi keçirməlidir.

 

DİGƏR Xəbərlər Arxiv