YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın hesabatında deyilir: Azərbaycanda parlament seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla təşkil olunub

Azərbaycanda parlament seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan yaxşı təşkil olunub. Seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib. Ən əsası isə seçkilər demokratik əsaslarla təşkil edilib.

Bu fikirləri AŞPA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Azərbaycanda parlament seçkilərinə dair qurumun Seçki Müşahidə Missiyasının hazırladığı hesabatı səsləndirərkən deyib.

Hesabatda bildirilir ki, seçkiləri missiyanın 28 nəfər üzvü izləyib. Onlar Bakıda və ölkənin digər ərazilərində çoxlu sayda seçki məntəqələrində müşahidə aparıblar. Seçkilər ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçib. Missiyanın üzvləri səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğunu müşahidə ediblər. Seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilib və müşahidəçilər tərəfindən heç bir hadisə qeydə alınmayıb. Müşahidə missiyası Azərbaycan xalqını seçki prosesi zamanı göstərdiyi mütəşəkkilliyə görə təbrik edir. Seçki məntəqələrinin ətrafında, heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinməyib. Əldə olunan uğur, xüsusilə seçki məntəqələrində veb-kameraların quraşdırılması təqdirəlayiq haldır.

Hesabatda MSK-nın seçki məntəqələri açılandan hesablama, habelə nəticələr sənədləşdirilənədək prosesin şəffaf olması üçün çalışdığı qeyd edilib.

Sənəddə səsvermə günü ərzində, seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədiyi əksini tapıb.

Hesabatda yerli KİV-lərdə səsvermə gününün geniş əhatə edildiyi, seçici fəallığının əhəmiyyətli dərəcədə artması, səsvermə və səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etməsi fikirləri də yer alıb.

 

DİGƏR Xəbərlər Arxiv