YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan Partiyası və Azərbaycanın müasir inkişaf xətti”

Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatı tərəfindən partiyanın təsis edilməsinin 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası və Azərbaycanın müasir inkişaf xətti” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Babək şəhərindəki abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.

Babək Rayon Mədəniyyət Evində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra YAP-ın 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Emin Məmmədxanlı, Qaraqala kənd tam orta məktəbinin direktoru Elgün Havqerdiyeva və partiyanın fəal gənci Nərgiz Bünyadzadə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Vurğulanıb ki, Heydər Əliyevin ideoloji baxışları və siyasət fəlsəfəsi partiyanın hər zaman uğurla fəaliyyət göstərməsini təmin edib. Bu gün isə Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanaraq, ölkənin sürətli inkişafında və beynəlxalq nüfuzunun artmasında xüsusi rol oynayır.

Sonra rayon təşkilatının fəaliyyətində fərqlənən üzvlərə təşəkkürnamə, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Tədbir bədii hissə ilə davam edib.