Xəbərlər
“Zəfər yolu”
Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Sonra rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub, YAP-ın 33 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, YAP veteranları Cəlal Tomiyev, Mirbəşir Manafov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının 33 il ərzində keçdiyi şərəfli zəfər yolundan bəhs ediblər.
Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər və tarixi zəfərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı, bu gün isə Prezident İlham Əliyevin Sədri olduğu partiyanın fəaliyyəti ilə sıx bağlıdır.
Sonda bir qrup partiya veteranına və ərazi partiya təşkilat sədrlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə rayon Heydər Əliyev Mərkəzində partiyanın fəal gəncləri də görüş keçirilib.
