YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi, partiya veteranı Azad Əliyev, “Ərmənət kənd” ərazi partiya təşkilatının sədri Ramin Dadaşov, “Xaçmaz kənd məktəbləri” ərazi partiya təşkilatının sədri Aynurə Səfərova, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış ediblər.

Natiqlər Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 33 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıblar. Onlar Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırdığını diqqətə çatdırıblar.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası 33 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparır.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim edilib, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri verilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv