Xəbərlər
YAP Şirvan şəhər təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatında 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov Yeni Azərbaycan Partiyasının 33 illik zəngin və şərəfli fəaliyyət yolundan danışıblar. Partiyanın Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında formalaşdığı, bu gün isə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına və tərəqqisinə xidmət etdiyi vurğulanıb.
Daha sonra şəhər təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən və yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən bəhs edilib.
Sonra ərazi partiya təşkilat sədrlərinin məruzələri dinlənilib.
