YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Konstitusiya: 30 il sonra. Yeni mərhələdə gənclərin iştirakı”

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya: 30 il sonra. Yeni mərhələdə gənclərin iştirakı” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Azərbaycan İdman Akademiyasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, Milli Məclisin deputatı Samir Vəliyev, Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycanın 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ilk Konstitusiyası dövlətçilik tariximizdə mühüm yer tutur. Konstitusiyanın ölkədə hüquqi dövlət quruculuğunun əsasını təşkil etdiyi və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət etdiyi vurğulanıb. Qeyd olunub ki, bu sənəd ölkənin davamlı inkişafında vacib rol oynayır.

Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunduğu, Azərbaycanın qalib dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz qazandığı bildirilib.

Natiqlər gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı mövzularına da toxunublar. Qeyd edilib ki, gənclər Konstitusiyanın tələblərinə hörmətlə yanaşmalı, ölkənin gələcək inkişafında fəal mövqe tutmalıdırlar.

Tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb. 

Sonra bir qrup partiya fəalına fəxri fərman və təşəkkürnamə təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv