Xəbərlər
Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində keçirilən aksiyada YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Elşən Salahov, bələdiyyə sədrləri, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Kampaniya çərçivəsində ərazidə müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi yerlərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
