YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan idmanı yeni inkişaf mərhələsinə qədəm qoyub

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxış ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısının və bu sahədə həyata keçirilən ardıcıl siyasətin məntiqi yekunu kimi dəyərləndirilməlidir.

Dövlət başçısının çıxışında səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycanda idman siyasəti sistemli, məqsədyönlü və uzunmüddətli strateji baxışa əsaslanır. 2025-ci il ərzində Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı uğurlar məhz bu siyasətin real nəticələridir.

Prezident İlham Əliyev çıxışında idmançıların nailiyyətlərini yüksək qiymətləndirərək, əldə olunan uğurların dövlətin idmana göstərdiyi diqqət və qayğının, eləcə də yaradılmış müasir infrastrukturun nəticəsi olduğunu vurğulamışdır. Bu yanaşma Yeni Azərbaycan Partiyasının proqram sənədlərində əksini tapmış sosial və humanitar siyasətin tərkib hissəsidir.

Ölkəmizdə son illər ərzində paytaxt Bakı ilə yanaşı regionlarda da müasir idman komplekslərinin inşa edilməsi, olimpiya mərkəzlərinin fəaliyyətə başlaması idmanın kütləviliyinin təmin olunmasına və gənclərin bu sahəyə marağının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin çıxışında bu məsələlərə xüsusi diqqət yetirilməsi dövlətin idmana uzunmüddətli investisiya yanaşmasının göstəricisidir.

Çıxışda gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu xüsusi qeyd olunmuş, sağlam həyat tərzinin təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilmişdir. Bu, gənclərin milli-mənəvi dəyərlərə bağlı, sağlam və vətənpərvər ruhda formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev idmançıların və məşqçilərin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə də toxunaraq, onların daim dövlətin diqqət mərkəzində olduğunu bildirmişdir. Bu siyasət idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və yeni uğurlar üçün motivasiya yaradır.

Prezidentin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərin ümumiləşdirilməsi ilə yanaşı, qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu çıxış bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan idmanı inkişafının yeni mərhələsinə qədəm qoyur.

Əminliklə demək olar ki, həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan idmançıları gələcək illərdə də beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək, dövlət bayrağımızı daim yüksəklərdə dalğalandıracaqlar.