YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının inzibati binasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə partiya fəalları ilə görüş keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov qadınları bayram münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan qadınları yüksək mənəvi dəyərlərin daşıyıcısı, ailənin və cəmiyyətin dayağı olub. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan qadınlarının cəmiyyət həyatında roluna yüksək qiymət verib, onların dövlət idarəçiliyində və ictimai-siyasi həyatda fəal iştirakını diqqətdə saxlayıb. Bu siyasət Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Nigar Səfxanova çıxış edərək 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində yeni uğurlar arzulayıblar. Natiqlər Azərbaycan qadınlarının cəmiyyətin inkişafında mühüm rol oynadığını, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsində böyük xidmətlər göstərdiyini vurğulayıb.

Tədbirdə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv