Xəbərlər
Prezident İlham Əliyev Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İran İslam Respublikasının Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib.
Dövlətimizin başçısının Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə təbrik məktubunda deyilir:
“Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.
Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm”.
