Xəbərlər
Kəngərlidə partiya üzvləri ilə görüş keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının Şərur rayon Regional Mədəniyyət İdarəsinin Kəngərli sektorunun ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şərur rayon Regional Mədəniyyət İdarəsinin Kəngərli sektorunun müdiri Məhərrəm Əliyev, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıblar. Onlar Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırdığını bildiriblər.
Qeyd olunub ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə xalqımızı daha böyük uğurlara, qələbələrə aparır.
Daha sonra təşkilati məsələlərə baxılıb. Hüseynov İlkin Vüqar oğlu ərazi partiya təşkilatının sədri seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
