Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Daha sonra millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Bəhmətli kəndində şəhid Fəzail Əliyevin ailəsini ziyarət edib. Şəhidin atası Cahan Əliyevin vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verilib, mərhumun əziz xatirəsi ehtiramla yad olunub. Vurğulanıb ki, bu kateqoriyadan olan şəxslər hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzindədir.
Həm seçicilər, həm də şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
