YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xalqın seçimi - dövlətin gücü” mövzusunda tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xalqın seçimi - dövlətin gücü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova və digərləri bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, güclü iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. 44 günlük Vətən müharibəsi şanlı qələbə ilə başa çataraq tariximizin ən parlaq səhifələrindən birinə çevrilib. Bildirilib ki, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması xalqımızın yaddaşına qürurverici hadisə kimi həkk olunub. Qeyd edilib ki, 2024-cü ildən etibarən 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi qeyd olunur və bu əlamətdar hadisə ölkəmizin tarixində əbədi qalacaq.

Tədbir bədii hissə ilə davam edib.