YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gözlərə işıq verən, nurlu baxışlarda və qəlblərdə yaşayan insan”

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı, Göygöl Rayon İcra Hakimiyyəti və Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə Azərbaycan tibb elminin inkişaf tarixində xüsusi yer tutan akademik Zərifə Əliyevannı xatirəsinə həsr edilmiş “Gözlərə işıq verən, nurlu baxışlarda və qəlblərdə yaşayan insan” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək akademik Zərifə Əliyevanın zəngin həyat yolu, tibb elminə verdiyi mühüm töhfələr və qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, Zərifə Əliyeva iridodiaqnostika sahəsində dünya miqyasında ilk fundamental əsərin müəllifi olub. Həmçinin vurğulanıb ki, Zərifə Əliyeva 1954-cü ildə Ümummilli Lider Heydər Əliyevlə ailə quraraq nümunəvi bir ailənin əsasını qoyub və həyat yoldaşı, ana kimi yüksək mənəvi keyfiyyətləri ilə seçilib.

Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, ölkənin inkişafı və xalqın rifahı naminə görülən işlər də diqqətə çatdırılıb.

Daha sonra Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyev, şöbə müdiri Vilayət Musayev və digər çıxış edənlər akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, onun oftalmologiya elminə verdiyi töhfələrdən və yüksək insani keyfiyyətlərindən bəhs ediblər.

Natiqlər qeyd ediblər ki, ömrünü insanların sağlamlığına həsr edən Zərifə Əliyevanın elmi irsi bu gün də aktuallığını qoruyur və gələcək nəsillər üçün dəyərli mənbə olaraq qalır. Onun vətən və xalq qarşısındakı misilsiz xidmətləri hər zaman dərin hörmət və ehtiramla yad olunacaq.