YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Xatirəsi daim yaşayan nurlu insan"

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar “Xatirəsi daim yaşayan nurlu insan” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın vəfatının 41-ci ildönümü tamam olur. O qeyd edib ki, Zərifə Əliyeva xalqımızın yaddaşında əbədi iz qoymuş, yüksək insani keyfiyyətləri ilə seçilən nadir şəxsiyyətlərdən biridir.

Bildirilib ki, xeyirxahlıq, insanpərvərlik və ziyalılıq kimi ali keyfiyyətləri ilə seçilən Zərifə Əliyeva hələ sağlığında böyük nüfuz qazanmış, həm də qayğıkeş ana və sədaqətli ömür-gün yoldaşı kimi örnək olmuşdur. Onun Ulu Öndər Heydər Əliyevə daim dəstək olduğu xüsusi vurğulanıb.

Qeyd olunub ki, həm Ümummilli Lider Heydər Əliyev, həm də akademik Zərifə Əliyeva xalq tərəfindən daim böyük hörmət və ehtiramla yad olunur, onların əziz xatirəsi hər zaman uca tutulur.

Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin məsləhətçisi Nigar Kərimova və digərləri çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan elminin inkişafındakı mühüm xidmətlərindən, oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən və zəngin elmi irsindən bəhs ediblər.