Xəbərlər
YAP üzvləri cəmiyyətin inkişafında fəal iştirak edirlər
Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvü Hüsniyə Zaliyevanın 75 illik yubileyi münasibətilə evində görüş keçirilib.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və xoşbəxt günlər arzulayıb.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının üzvləri cəmiyyətin inkişafında fəal iştirak edirlər. Bu müdrik siyasətə sadiqlik milli birlik və həmrəylikdən, həmçinin Ulu Öndər Heydər Əliyevə olan ümumxalq sevgisindən qaynaqlanır.
Hüsniyə Zaliyeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu qeyd edib.
Görüşün sonunda yubilyara rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 75 illik yubileyi münasibətilə fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib.
