YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Ömrünü xalqına həsr edən Əbədiyaşar Lider"

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında (ƏPT) "Ömrünü xalqına həsr edən Əbədiyaşar Lider" mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ƏPT-nin sədri İsmayıl Əvəzov və partiya fəalları iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxışında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə milli maraqlara əsaslanan siyasət yürüdərək dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətin rifahının yüksəldilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs edib. O, müstəqil dövlətimizin keçdiyi şərəfli inkişaf yolunu, əldə olunan uğurları və gələcək perspektivləri diqqətə çatdırıb. Həmçinin, V.İsayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrəti və beynəlxalq nüfuzu durmadan artır, dövlətimiz yeni nailiyyətlər əldə edir.

Çıxış edən ƏPT-nin sədri İsmayıl Əvəzov, YAP fəalları Gündüz Cəlilov, Ləman Mustafayeva və digərləri qeyd ediblər ki, suverenliyi tam təmin olunmuş ölkəmizin əldə etdiyi uğurların əsasında xalq-iqtidar-ordu birliyi faktoru dayanır. Vurğulanıb ki, bu strategiyanın əsasını Ulu Öndər tərəfindən formalaşdırılmış dövlətçilik konsepsiyası təşkil edir. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs ölkəni parçalanma və xaosdan xilas edərək sabitlik və inkişaf yoluna çıxarıb.

Daha sonra ərazi partiya təşkilatlarının fəaliyyəti müzakirə olunub, partiya üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.