Xəbərlər
“Ulu Öndərin həyat yolu” adlı sərgi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Gədəbəy rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndərin həyat yolu” adlı sərgi təşkil olunub.
Rayon Heydər Əliyev Mərkəzində baş tutan sərgidə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması və ölkəmizin hərtərəfli inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən geniş bəhs edib. O, Ulu Öndərin zəngin və şərəfli həyat yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu xüsusi vurğulayıb.
Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə Təhsil Sektorunun müdiri Elməddin Zeynalzadə çıxış edərək Ulu Öndərin təhsil sahəsində həyata keçirdiyi mühüm islahatlardan, gənclər siyasətindən və dövlət quruculuğundakı tarixi rolundan danışıb.
Tədbirin sonunda iştirakçılar “Ulu Öndərin həyat yolu” adlı sərgi ilə yaxından tanış olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən materiallara baxış keçiriblər.
