YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol turniri təşkil olunub

Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə məktəblilər arasında voleybol turniri təşkil olunub.

106 nömrəli tam orta məktəbin idman zalında keçirilən turnirdə rayonun müxtəlif ümumtəhsil müəssisələrinin komandaları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov bildirib ki, bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında və sağlam həyat tərzinin təşviqində mühüm rol oynayır. O vurğulayıb ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndərin zəngin dövlətçilik irsi daim xalqın yaddaşında yaşayacaq.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Elçin Abbasov isə çıxışında qeyd edib ki, Ulu Öndər tərəfindən əsası qoyulan idman siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin idmana marağının artırılması istiqamətində mühüm addımlar atılır.

Daha sonra yarışın qaydaları iştirakçılara izah olunub və oyunlara start verilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin nəticələrinə əsasən, oğlanlar arasında I yerə 180 nömrəli tam orta məktəbin, II yerə 139 nömrəli tam orta məktəbin, III yerə isə 321 nömrəli tam orta məktəbin komandaları, qızlar arasında isə I yerə 180 nömrəli tam orta məktəbin, II yerə 106 nömrəli tam orta məktəbin, III yerə isə 350 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.