YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda şahmat yarışının qalibləri təltif edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları arasında keçirilən şahmat yarışının qaliblərinin təltifolunma mərasimi keçirilib.

Şahmat məktəbində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı RİH-in başçısı Elmir Bağırov yarışın qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra isə qaliblər diplom və hədiyyələrlə təltif olunublar.