YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Xəzər rayonu üzrə gənclər və idman sektorunun və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, çoxşaxəli fəaliyyətindən, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından və Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər.

Sonda gənclər Ümummilli Liderin irsi ilə bağlı fikir və düşüncələrini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.