YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Maştağa qəsəbəsi, “H.Heybətov küçəsi 46” (108 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi ilk partiya təşkilatında ideoloji maarifləndirmə tədbirləri çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edib, ölkədə sabitliyi təmin edib, vətəndaş müharibəsinin qarşısını alaraq müasir Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasına nail olub. 

Tədbirdə çıxış edən məktəbin direktoru Nəriman Məmmədzadə, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov və digərləri Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında, milli təhsilin inkişafında göstərdiyi mühüm xidmətlərdən bəhs ediblər. Qeyd olunub ki, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində əldə olunan nailiyyətlərdən, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsindən və Azərbaycanın beynəlxalq nüfuzunun artmasından geniş bəhs olunub.

Sonra təşkilati məsələlərə baxılıb.

Tədbirin sonunda məktəbli şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.