Xəbərlər
Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Kəlbəcər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər İdeyalarının təntənəsi – Vətən Müharibəsi Zəfəri” adlı tədbir keçirlilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqallar Şurasının sədri Aqil Məmmədov, partiya veteranları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzin qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən stendlərə baxış keçirlib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Kəlbəcər rayon Ağsaqallar Şurasının sədri Aqil Məmmədov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, Onun xilaskarlıq missiyasının Azərbaycan tarixində oynadığı müstəsna roldan bəhs ediblər. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursun bu gün də uğurla davam etdirildiyini, ölkənin inkişafına və beynəlxalq əlaqələrin güclənməsinə xidmət etdiyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildiyi, ölkəmizin mütərəqqi inkişaf və quruculuq modelinin formalaşdırıldığı vurğulanıb ki, Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi kursu, Azərbaycançılıq idealogiyası daim öyrənilməli, gənc nəsillərə aşılanmalıdır.
Sonda YAP Kəlbəcər rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə bir qrup partiya veteranı fəxri fərmanlarla təltif olunub, partiya sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.
