YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əzəmətli və unudulmaz lider Heydər Əliyev”

Zaqatala rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Heydər Əliyev adına istirahət və mədəniyyət parkında Ulu Öndərin abidə kompleksi ziyarət olunub.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisinə baxış keçirilib.

Ardınca Heydər Əliyev Mərkəzində “Əzəmətli və unudulmaz lider Heydər Əliyev” adlı tədbir keçirilib.

Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafında göstərdiyi müstəsna xidmətlərdən danışıb.

Çıxış edən Milli Məclisin deputatı Asif Əsgərov bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və xalqın rifahına həsr etmiş dahi şəxsiyyətdir. Qeyd olunub ki, bu gün ölkədə əldə olunan uğurların, sabitliyin və inkişafın əsasında məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və dövlətçilik fəlsəfəsi dayanır. Ümummilli Liderin zəngin irsi və ideyaları Azərbaycanın gələcək inkişaf yoluna daim işıq salacaqdır.

Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon Məhkəməsinin hakimi Zərifə Məmmədova və Zaqatala Rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək Ümummilli Liderin dövlətçilik fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində konsert proqramı təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv