YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Neftçala rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər və Neftçala rayon təşkilatlarının, həmçinin Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər Uşaq Musiqi Məktəbi və Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Milli Musiqi İrsimizin Hamisi - Heydər Əliyev” adlı tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Şirvan ŞİH-in İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Samirə İsmayılova, Neftçala RİH-in İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev çıxış ediblər.

Çıxışlarda 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışılıb, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin qorunması istiqamətindəki misilsiz xidmətləri vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin milli musiqi sənətinə göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında mühüm rol oynayıb. Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanıdılmasına geniş imkanlar yaradılıb. Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra YAP Neftçala rayon təşkilatı tərəfindən Şirvan şəhər Uşaq Musiqi Məktəbinin direktoru Əbülfət İsmayılova və məktəbin kollektivinə təşəkkürnamə təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

 

DİGƏR Xəbərlər Arxiv