YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Koreya ilə Azərbaycanın dərin etimada əsaslanan əməkdaşlıq münasibətləri davamlı şəkildə inkişaf edir

Koreya Respublikasının Prezidenti Li Cemyön Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.

Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram".

DİGƏR Xəbərlər Arxiv