YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada Qurban bayramı qeyd olunub

Milli Məclisin deputatı Asif Əsgərov Qurban bayramı münasibətilə Zaqatala rayonunda şəhid ailələri ilə görüşüb.

Millət vəkili bildirib ki, Qurban bayramı insanları həmrəylik, mərhəmət, paylaşmaq və mənəvi birlik ətrafında birləşdirən ən müqəddəs bayramlardan biridir. O vurğulayıb ki, bu əlamətdar günlərdə şəhid ailələrinə göstərilən diqqət və qayğı milli-mənəvi dəyərlərimizin yaşadılmasına, cəmiyyətdə birlik və həmrəylik ruhunun daha da möhkəmlənməsinə xidmət edir.

Daha sonra yaxın ərazidə yaşayan şəhid ailələri ilə çay süfrəsi arxasında səmimi görüş keçirilib. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, dualar oxunub.

Qeyd olunub ki, şəhid ailələri və qazilərə göstərilən diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vətən uğrunda fədakarlıq göstərmiş qəhrəmanların ailələrinin yanında olmaq hər bir vətəndaşın mənəvi borcudur.

Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv