YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya veteranı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən partiya veteranı Mehdiyev Nəriman Mehdixan oğlunun 90 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev yubilyarı doğum günü münasibətilə təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və səadət dolu günlər arzulayıb. O, Nəriman Mehdiyevin uzun illər ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, partiya ideyalarının təbliği və təşkili istiqamətində göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

Tədbir çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən Nəriman Mehdiyevə fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.

Partiya veteranı Nəriman Mehdiyev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında fəaliyyət göstərməkdən qürur duyduğunu vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv