YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"YAP ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır"

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) üzrə ərazi partiya təşkilatında tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyularaq onun əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə töhfə verdiyini və AAYDA-da partiya fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, ərazi partiya təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, gənclərin fəallığının artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqinin əsas prioritetlərdən olduğunu qeyd edib.

Sonra təşkilati məsələlərə baxılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Tural Mailov ərazi partiya təşkilatının sədri, Agentliyin Hüquqi təminat departamentinin müdiri Fərhad Ələkbərov isə sədr müavini seçilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov yeni seçilən rəhbərliyi təbrik edib, onlara uğurlar arzulayıb və qarşıdakı dövrdə müəyyən olunmuş vəzifələrin uğurla icra olunacağına əminliyini ifadə edib.

DİGƏR Xəbərlər Arxiv