YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

Pirallahı Rayon İcra Hakimiyyətində 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət qulluğu mühüm rol oynayır. Natiq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müasir dövlət qulluğu sistemi formalaşdırılıb, bu sahədə mühüm qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən, 23 iyun tarixi ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis olunub.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Emil Abasov dövlət qulluğunun ölkənin idarəetmə sisteminin əsas sütunlarından biri olduğunu vurğulayıb. O bildirib ki, dövlət siyasətinin effektiv icrası, vətəndaş məmnunluğunun təmin edilməsi və institusional inkişaf baxımından dövlət qulluğu xüsusi əhəmiyyət daşıyır. Emil Abasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində Azərbaycanda peşəkar, şəffaf və məsuliyyətli dövlət qulluğu sistemi formalaşıb, müasir idarəetmə mexanizmləri tətbiq olunub.

Natiq əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar dövlət qulluğunda səmərəliliyin artırılmasına, rəqəmsallaşmanın genişləndirilməsinə, insan resurslarının inkişafına və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. O, dövlət qulluqçularını qanunun aliliyinə, etik davranış prinsiplərinə və yüksək peşəkarlıq standartlarına sadiq olmağa çağırıb.

Tədbirdə çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov isə bildirib ki, Dövlət Qulluqçularının Peşə Bayramı dövlət qulluqçularının cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı roluna verilən yüksək qiymətin ifadəsidir. O qeyd edib ki, ölkədə dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar və dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən tədbirlər bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Tədbirin sonunda dövlət qulluğunda fərqlənən əməkdaşlar fəxri fərman ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv