YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Belarus arasında münasibətlər yüksək səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur

Azərbaycan Respublikasının Prezidenti Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç.

Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan ilə Belarus arasında münasibətlər yüksək səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.

Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq dost xalqlarımızın və ölkələrimizin rifahı naminə gələcəkdə də ardıcıl olaraq genişlənəcək və dərinləşəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar, dost Belarus xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram.”

DİGƏR Xəbərlər Arxiv