YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev ərazi partiya təşkilatlarında fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı təşkilati məsələlərin müzakirəsinin gündəlikdə duran əsas mövzulardan olduğunu bildirib.

Z.Güvəndiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi qüvvəsinə çevrilib və hazırda partiyanın 760 minə yaxın üzvü var. Onun sözlərinə görə, üzvlərin əhəmiyyətli hissəsini gənclər təşkil edir və onlar Azərbaycanın tarixi Zəfərinin qazanılmasında mühüm rol oynayıblar.

O, həmçinin partiyanın sosial şəbəkələrdə fəaliyyətinin daha sistemli, məqsədyönlü və koordinasiyalı şəkildə qurulmasının vacibliyini vurğulayıb. O, verilən tapşırıqların icrasında məsuliyyətin artırılmasının və işlərin vaxtında yerinə yetirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının əməkdaşı Şövqi Həsənov qurumlar və yerli təşkilatlar arasında koordinasiyanın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş interaktiv formada davam edib.

DİGƏR Xəbərlər Arxiv