YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri və partiya fəalları işğaldan azad edilmiş rayonlara səfər ediblər

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının kollektivi şəhid ailələri və partiya fəalları ilə birlikdə Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub.

Səfərin məqsədi şəhid ailələri və partiya fəallarının işğaldan azad edilmiş ərazilərlə yaxından tanış olmalarını, erməni işğalı dövründə dağıdılmış şəhər və kəndləri öz gözləri ilə görmələrini, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələri, eləcə də sürətlə davam edən quruculuq prosesini yerində izləmələrini təmin etmək olub.

Səfər çərçivəsində iştirakçılar Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərində aparılan bərpa-quruculuq işləri, inşa edilən yaşayış və sosial infrastruktur obyektləri ilə tanış olub, şəhərlərin tarixi və mədəni əhəmiyyət daşıyan məkanları ziyarət edilib.

İştirakçılar belə səfərlərin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, dövlətimizin qüdrətinin və həyata keçirilən quruculuq siyasətinin əyani şəkildə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv