YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Qırğızıstan tərəfdaşlığı: siyasi iradədən real nəticələrə

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Prezident İlham Əliyevin 2026-cı il iyulun 31-də Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Tarixi dostluq, ortaq köklər, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulan bu münasibətlər artıq regional əməkdaşlığın mühüm sütunlarından birinə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində ölkəmiz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir. Bu gün Azərbaycan yalnız coğrafi mövqeyi ilə deyil, həm də müasir nəqliyyat-logistika infrastrukturu, enerji imkanları və beynəlxalq təşəbbüsləri ilə Avrasiya məkanında strateji əhəmiyyətini daha da artırmışdır.

Qırğızıstana dövlət səfəri zamanı aparılan danışıqlar və imzalanan sənədlər göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, nəqliyyatdan rəqəmsal texnologiyalara, təhsildən humanitar sahələrə qədər geniş spektri əhatə edir. Bu isə iki qardaş ölkənin əməkdaşlığının uzunmüddətli və davamlı inkişafına xidmət edir.

Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində ortaq tarix, dil və mədəniyyət amili xüsusi rol oynayır. Türk dünyasının birliyi istiqamətində atılan addımlar ölkələrimiz arasında qarşılıqlı etimadı daha da gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər bu birliyin möhkəmlənməsinə və ortaq layihələrin həyata keçirilməsinə mühüm töhfələr verir.

Azərbaycanın son illərdə reallaşdırdığı iri nəqliyyat layihələri Mərkəzi Asiya ölkələri üçün də yeni imkanlar açmışdır. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, müasir dəmir yolu və avtomobil magistrallarının istifadəyə verilməsi Asiya ilə Avropanı birləşdirən marşrutların səmərəliliyini artırmışdır. Bu gün Mərkəzi Asiya ölkələrinin yük axınının Azərbaycan üzərindən daşınması həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır.

Qırğızıstanla münasibətlərdə Qarabağın bərpası istiqamətində həyata keçirilən layihələr də qardaşlığın ən parlaq nümunələrindəndir. Qırğız xalqının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq prosesinə verdiyi töhfə ölkələrimiz arasında dostluğun və həmrəyliyin bariz ifadəsidir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha təsdiq etdi ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əlaqələri xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir. Bu siyasət regionda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Müasir dövrdə qlobal geosiyasi proseslər fonunda Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin əlaqələrinin daha da dərinləşməsi yalnız iştirakçı dövlətlərin deyil, bütövlükdə Avrasiya məkanının sabitliyi və iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq modeli gələcək illərdə yeni layihələrin reallaşdırılması üçün möhkəm zəmin yaradır.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və mətbuata verdiyi bəyanat göstərir ki, Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı artıq yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələ qarşılıqlı hörmət, strateji tərəfdaşlıq, ortaq maraqlar və Türk dünyasının həmrəyliyi prinsipləri üzərində qurulmaqla regionun gələcək inkişafına mühüm töhfələr verməyə davam edəcək.

DİGƏR Xəbərlər Arxiv