YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatı maarifləndirici tədbirlər keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və “Bakı prospekti 20” (“Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsi) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Daha sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş olunub.

YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov, rayon təşkilatının məsləhətçisi Gülnar Məmmədova və müəssisənin könüllüsü Nüşabə Şərifli milli-mənəvi dəyərlərin qorunmasının və gənclərə aşılanmasının dövlətimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

YAP Kürdəmir rayon təşkilatı və Kürdəmir rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Oxuyan gənclik, güclü Azərbaycan” mövzusunda keçirilən tədbirdə isə kitab oxumağın gənclərin dünyagörüşünün formalaşmasında, milli-mənəvi dəyərlərə bağlılığın möhkəmlənməsində və intellektual inkişafında mühüm rol oynadığı qeyd olunub. Vurğulanıb ki, ölkəmizdə elmə, təhsilə və mütaliə mədəniyyətinin inkişafına göstərilən dövlət qayğısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Kürdəmir rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Əhsən Qaybalıyev və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin müdiri Xatirə Soltanova kitabın cəmiyyətin inkişafındakı rolundan bəhs edib, gəncləri mütaliəyə daha çox maraq göstərməyə çağırıblar.

Sonda iştirakçılar kitab sərgisi ilə tanış olublar.

DİGƏR Xəbərlər Arxiv