Xəbərlər
Prezident İlham Əliyev Fuad İsgəndərovun Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Fuad Eldar oğlu İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
