YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib

Goranboy rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Rayon Təhsil Sektorunun müdiri Vüsal Məmmədov, eləcə də gənc tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, gənclərin potensialının reallaşdırılmasına göstərilən dövlət qayğısından söz açıblar. Qeyd olunub ki, gənclərin əldə etdiyi bu uğurlar həm onların fərdi zəhmətinin, həm də müəllim və valideynlərinin birgə əməyinin bəhrəsidir.

Görüş zamanı gənclərin qazandığı yüksək göstəricilər xüsusi qiymətləndirilib, onların ölkəmizin savadlı, kadr potensiaı yüksək olan və vətənpərvər mütəxəssisləri kimi yetişəcəklərinə əminlik ifadə olunub. İştirakçılar gəncləri təbrik edərək, onlara gələcək təhsil illərində və şəxsi fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzulayıblar.

Tədbirin sonunda yüksək akademik nəticələri ilə fərqlənən gənc tələbələrə hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv