Xəbərlər
Milli Məclisin deputatı Mahir Süleymanlı görüş keçirib
Milli Məclisin deputatı Mahir Süleymanlı yeni tədris ilinin başlanması münasibətilə Şabran şəhərindəki Roman Yusifov adına 2 nömrəli məktəb-liseydə müəllim və şagirdlərlə görüşüb.
Görüşdə millət vəkili təhsil müəssisəsində mövcud vəziyyətlə yerində tanış olub, məktəbin fəaliyyəti, tədris prosesi və qarşıda duran məsələlərlə bağlı məlumat alıb. Həmçinin, müəllim və şagirdlərin təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
